KİV: Fransanın mədəniyyət naziri xəstəxanaya yerləşdirilib

KİV: Fransanın mədəniyyət naziri xəstəxanaya yerləşdirilib Yetmiş dörd yaşlı R.Başelo martın 19-da Paris Operasında qapalı keçirilmiş “Faust” tamaşasına gedəndən sonra yoluxmuşdu
Digər ölkələr
24 Mart , 2021 16:48
KİV: Fransanın mədəniyyət naziri xəstəxanaya yerləşdirilib

Ötən həftə koronavirusa yoluxduğu təsdiqlənən Fransanın mədəniyyət naziri Roselin Başelo (Roselyne Bachelot) bu gün xəstəxanaya yerləşdirilib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə nazirlikdəki mənbə bildirib.

Yetmiş dörd yaşlı R.Başelo martın 19-da Paris Operasında qapalı keçirilmiş “Faust” tamaşasına gedəndən sonra yoluxmuşdu. Nazirlikdən bildiriblər ki, onun vəziyyəti sabit olsa da, həkim qarşıdakı günlər ərzində səhhətinə mütəmadi nəzarət məqsədi ilə xəstəxanada qalmasını məsləhət bilib.

Son xəbərlər

Orphus sistemi