Makron ölkəsindəki böhrana baxmayaraq səfərlərini davam etdirir

Makron ölkəsindəki böhrana baxmayaraq səfərlərini davam etdirir Fransa Prezidenti Emmanuel Makron, ölkənin yeni təyin olunmuş ən gənc Baş naziri Qabriel Attalı ölkədəki böhranın önündə qoyaraq, planlaşdırdığı beynəlxalq səfərlər cədvəlini sakitcə davam etdirir.
Digər ölkələr
30 Yanvar , 2024 13:01
Makron ölkəsindəki böhrana baxmayaraq səfərlərini davam etdirir

Fransa Prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalı ölkədəki böhranın önündə qoyaraq, planlaşdırdığı beynəlxalq səfərlər cədvəlini sakitcə davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Qeyd edilib ki, E.Makronun yanvarın 25-də Hindistana iki günlük səfərinin ardınca İsveçə gedib. Hindistanda olarkən o, hökumətin siyasətindən narazı olan fermerlərin magistral yolları bağladığı, blokadalar qurduğu və infrastruktura zərər vurulması ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib.

"Figaro" qəzeti yazır ki, prezident xaricdə olarkən baş nazir fransız fermerlərinə diqqət əlamətləri göstərərək manevr etməyə çalışır.

Qeyd edək ki, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alır. Onlar əsas magistral yolları bağlayır, müxtəlif maneələr ilə nəqliyyatın qarşısını kəsirlər.

Son xəbərlər

Orphus sistemi