KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub
Digər ölkələr
- 13 dekabr, 2024
- 04:50
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.
“Report” xəbər verir ki, bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair müsbət hisslə qayıdıb.
Qeyd edək ki, Livanda əldə olunan atəşkəsdən sonra Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə “HƏMAS”la razılaşmaya dair danışıqlar yenidən başlayıb. Son regional hadisələr isə danışıqlara yeni təkan verib və rəsmilər razılıqların əldə olunacağına nikbindirlər.
Son xəbərlər
09:49
ABŞ kəşfiyyatı: Çin İrana HHM vasitələri tədarük etməyi planlaşdırır
Digər ölkələr09:44
Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb
Energetika09:43
KİV: "Qarabağ"ın futbolçusu Abdullah Zubir yayda komandanı tərk edəcək
Futbol09:40
Foto
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb
Hadisə09:35
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.04.2026)
Maliyyə09:27
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
Digər ölkələr09:14
Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək
Futbol08:53
Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir
Digər ölkələr08:45