ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Yaxın eskalasiyanı dayandırmağı tələb edib.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Bayden sərt şəkildə Netanyahudan bölgədəki gərginliyi dayandırmağı və Fələstinin radikal “HƏMAS” hərəkatı ilə Qəzza zolağında atəşkəs üçün dərhal razılığa gəlməyi tələb edib.
Belə ki, Bayden və onun əsas köməkçiləri HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və Beyrutda isə “Hizbullah”ın hərbi qanadının komandirlərindən biri Fuad Şokrun məhv edilməsindən məyus olublar.
Portal qeyd edib ki, ABŞ bu hadisələrə görə “yas tutmur”, lakin Netanyahunun Baydeni planları ilə bağlı məlumat verməməsindən narahatdır. Ona görə, Bayden Netanyahu ilə telefon danışığı zamanı İsrailin son günlər tutduğu “kursdan narazı” olduğunu bildirib.