ABŞ Prezidenti Cozef Bayden 2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzvlüklə bağlı müraciətini təşviq edə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə sentyabrda Vaşinqtonda apardığı danışıqlar barədə məlumatlı mənbəyə istinadən yazır.
Baydenin ABŞ Prezidenti kimi Avropaya son səfəri Ukrayna üzrə təmas qrupu ölkələrinin liderlərinin oktyabrın 12-nə planlaşdırılan görüşü ola bilər.
2022-ci ilin sentyabrında Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya üzv olması üçün ərizə verib. Bu yaxınlarda Vaşinqtona səfəri zamanı o, Ukraynanın NATO-ya qəbul edilməsi və ya alyans üzvləri kimi ona da təhlükəsizlik zəmanətlərinin verilməsi daxil olmaqla, bir neçə bənddən ibarət qələbə planını ABŞ hökumətinə təqdim edib.