“İyulun ortalarından etibarən Avropada COVID-19-a yoluxma artır, daha təhlükəli variantlar üzə çıxır”.
“Report” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, epidemiya hələ bitməyib: “80 yaşdan yuxarı olan insanlarda yoluxmaya daha çox rast gəlinir. Avropanın bir sıra ölkələrində əvvəlki aya nisbətən COVID-19-a yoluxma 11 faiz artıb”.
Qeyd olunub ki, İspaniyada yoluxma əhəmiyyətli dərəcədə artıb: “Bu isə əvvəlkilərdən daha yoluxucu olan yeni variantların ortaya çıxması ilə bağlıdır. Hər həftə əvvəlkilərdən daha təhlükəli və daha yoluxucu variant üzə çıxır”.
Nəşrin yazdığına görə, qış aylarına doğru yoluxma saylarında daha çox artım müşahidə oluna bilər: “Bu riski azaltmaq üçün mütəxəssislər daha diqqətli olmağı, peyvəndlənməyi tövsiyə edirlər. Peyvənd və şəxsi gigiyena qaydalarına əməl etmək hələ də özümüzü qorumağın ən yaxşı yoludur”.
Bildirilib ki, pandemiyanın mümkün yeni dalğasından qorunmaq üçün bir çox Avropa ölkəsi qabaqlayıcı tədbirlər görüb.