KİV: Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb

KİV: Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb Almanların təxminən 91%-i inflyasiya və yüksək enerji qiymətləri səbəbindən xərcləri azaldıb.
Digər ölkələr
4 İyul , 2022 06:43
KİV: Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb

Almanların təxminən 91%-i inflyasiya və yüksək enerji qiymətləri səbəbindən xərcləri azaldıb.

Bu barədə “Report” Almaniyanın “Bild am Sonntag” nəşrinə istinadən xəbər verir.

“Insa”nın 1003 respondent arasında apardığı araşdırmaya görə, almanların 75%-i inflyasiyanın onların rifahına “böyük” və ya “çox güclü” təsir etdiyini bildirib. Respondentlərin yalnız 9%-i xərcləri azaltmadıqlarını bildirib.

Almaniya vətəndaşları geyimə, yeməyə, barlarda dincəlməyə, mədəni fəaliyyətlərə və avtomobil səfərlərinə qənaət etməyə başlayıblar.

Maliyyə vəziyyətinin pisləşməsini sorğu iştirakçılarının yarısı qeyd edib, 42%-i heç bir dəyişiklik görmədiyini, 7%-i isə maliyyə vəziyyətlərinin yaxşılaşdığını qeyd edib. Eyni zamanda, respondentlərin 46%-i əsas alış-verişi təxirə saldıqlarını etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi