KİV: "Almaniya kansleri Ukrayna ilə bağlı mövqeyinə görə istefaya göndərilə bilər"

KİV: "Almaniya kansleri Ukrayna ilə bağlı mövqeyinə görə istefaya göndərilə bilər" “Almaniya kansleri Olaf Şolts Ukraynaya əlavə silah yardımı ilə bağlı tutduğu mövqeyə görə istefaya göndərilə bilər”.
Digər ölkələr
21 Aprel , 2022 11:16
KİV: Almaniya kansleri Ukrayna ilə bağlı mövqeyinə görə istefaya göndərilə bilər

“Almaniya kansleri Olaf Şolts Ukraynaya əlavə silah yardımı ilə bağlı tutduğu mövqeyə görə istefaya göndərilə bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyada çıxan “Spigel” qəzeti yazıb.

Məlumata görə, Almaniya Xristian Sosialist Demokratlar Partiyasının sədri Fridrix Merts gələn həftə Ukraynaya ağır texnikanın tədarükü haqqında təklifləri Bundestaqın plenar iclasına təqdim edəcək. Bildirilib ki, bu, əsas siyasi qüvvələrin məsələyə yenidən baxmasına səbəb olacaq: "Bu, kanslerin istefası üçün özünəməxsus siqnal da sayıla bilər”.

Yazıda qeyd edilib ki, bu, ölkədə xarici siyasi kursla bağlı hakimiyyət böhranı yarada bilər.

Məlumata görə, Ukraynaya hərbi yardımı özündə ehtiva edən 48 səhifəlik siyahı Olaf Şoltsın tapşırığı üzrə 24 səhifəyədək ixtisar olunub. Rəsmi Kiyevin istədiyi 15 silah növündən 3-ü saxlanılıb.

Qeyd edək ki, hazırkı kansler Olaf Şolts həm də Sosial Demokrat Partiyasının nümayəndəsidir.

Sağ mərkəzçi Xristian Sosialist Demokratlar və Xristian Sosialistlər İttifaqı isə hakimiyyətə müxalifətdirlər. Keçmiş kansler Angela Merkel hazırda əsas müxalifət sayılan siyasi qüvvələrin üzvü olub.

Son xəbərlər

Orphus sistemi