KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq.
Digər ölkələr
22 Yanvar , 2022 08:04
KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Metyu Şans tvitter səhifəsində bildirib.

"ABŞ-ın Kiyevdəki səfirliyi bu gün Dövlət Departamentindən qeyri-vacib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, "çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq", - media sözçüsü yazıb.

Bundan əvvəl “Bloomberg” agentliyi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Ukraynadakı amerikalı diplomatların ailə üzvlərini təxliyə dib-etməmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi