ABŞ-nin Qrenlandiyanı almaq üçün ilkin təklifi 2,2 milyard dollar civarında ola bilər.
"Report" xəbər verir ki, bu barədə "Newsweek" jurnalı öz hesablamalarına istinadən yazır.
Nəşr 1946-cı ildə ABŞ-nin 33-cü prezidenti Harri Trumenin adanı 100 milyon dollara almaq təklifini əsas götürüb və hesablayıb ki, inflyasiya nəzərə alınmaqla bu məbləğ indi 1,6 milyard dollara bərabər olacaq. Jurnal bu vəsaitlərə Danimarkanın hər il adaya ayırdığı 600 milyon dolları əlavə edib və beləliklə, ABŞ-nin Qrenlandiyanı almaq üçün potensial təklifinin ümumi məbləğini sonrakı illik ayırmalarla 2,2 milyard dollar olub.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl də bir neçə dəfə Qrenlandiyanın onun ölkəsinə qoşulmalı olduğunu bildirib. Tramp Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Tramp hələ ilk prezidentliyi dövründə Qrenlandiyanı almağı təklif etmişdi. Danimarka və Qrenlandiya hakimiyyəti bu təklifi rədd edib.