KİV: "ABŞ Konqresi sədrinin Tayvana səfəri hələ dəqiqləşməyib"

KİV: "ABŞ Konqresi sədrinin Tayvana səfəri hələ dəqiqləşməyib" ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfər edib-etməyəcəyi məlum deyil.
Digər ölkələr
29 İyul , 2022 10:23
KİV: ABŞ Konqresi sədrinin Tayvana səfəri hələ dəqiqləşməyib
Nensi Pelosi

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfər edib-etməyəcəyi məlum deyil.

“Report” xəbər verir ki, məlumatı “nbc news” yayıb.

Bildirilib ki, iyulun 29-dan Nensi Pelosi Asiyadakı müttəfiq öləkələrdən Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura səfər edəcək.

Səfər proqramına Tayvan ziyarətinin daxil edilib-edilməyəcəyi hələlik açıqlanmayıb. Bəzi mənbələr Nensi Pelosinin adaya səfərinin proqrama daxil olunduğunu iddia etsələr də Ağ Ev bu barədə açıqlama verməyib.

Qeyd edək ki, Çin Tayvanı ölkənin tərkib hissəsi sayır. Adanın müstəqilliyini dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ tanımır. Rəsmi Vaşinqton “Vahid Çin” prinsipinə sadiq qaldığını bildirsə də, Tayvana hərbi və maddi yardımlar edir. İyulun 28-də gecə saatlarında ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Szinpin arasında telefon danışığı olub. İki saat davam edən dialoq zamanı Tayvan məsələsi də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi