KİV: ABŞ İranın İsrailə gözlənilən hücumu fonunda iki esminesin yerini dəyişib

KİV: ABŞ İranın İsrailə gözlənilən hücumu fonunda iki esminesin yerini dəyişib ABŞ İranın İsrailə gözlənilən hücumu ilə bağlı narahatlıqlar fonunda iki esminesin yerini dəyişib.
Digər ölkələr
13 Aprel , 2024 06:02
KİV: ABŞ İranın İsrailə gözlənilən hücumu fonunda iki esminesin yerini dəyişib

ABŞ İranın İsrailə gözlənilən hücumu ilə bağlı narahatlıqlar fonunda iki esminesin yerini dəyişib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən bildirib.

”ABŞ-nin hərəkətlərinə biri artıq bölgədə olan, digəri isə oraya yönəldilmiş iki esminesin yerinin dəyişdirilməsi daxildir”, – nəşr rəsmi şəxslərə istinadən açıqlayıb.

Onların sözlərinə görə, gəmilərdən ən azı biri “Aegis” raket əleyhinə sistemlə təchiz olunub.

Qeyd edək ki, eyni məqalədə İran rəhbərliyinin İsrailə hücum haqqında yekun qərar verilmədiyi nəql edilib.

Xatırladaq ki, “ABC News” İranın İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırladığı barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi