KİV: ABŞ “Intel”ə 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir

KİV: ABŞ “Intel”ə 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir ABŞ hökuməti “Intel” korporasiyasının inkişafına təxminən 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir.
Digər ölkələr
7 Mart , 2024 20:07
KİV: ABŞ “Intel”ə 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir

ABŞ hökuməti “Intel” korporasiyasının inkişafına təxminən 3,5 milyard dollar investisiya qoymaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Intel” bu vəsaiti ölkənin müdafiə ehtiyacları üçün yarımkeçiricilər və digər yüksək texnologiyalı komponentlərin istehsalı üçün istifadə edəcək. Mənbələrin bildirdiyinə görə, pul üç il ərzində ayrılacaq.

Agentlikdən qeyd edilib ki, qanun layihəsi artıq ABŞ Konqresində nəzərdən keçirilir və onun bu həftə qəbul olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi