ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkisi üçün hazırlanmış 288 min bülleten məntəqələrə təslim edildikdən sonra yoxa çıxıb, daha 100 min bülletenin üzərində isə keçmiş tarix olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Washington Examiner” jurnalı bir sıra mənbələrə istinad edərək məlumat verib.
Poçt Xidmətinin subpodratçısının sürücüsü Cessi Morqan oktyabrın 21-də Nyu-Yorkdan Pensilvaniyaya 144 mindən 288 minədək doldurulmuş bülleten apardığını, ancaq təyinat nöqtəsində yük maşınının itdiyini iddia edir. Başqa bir əməkdaş noyabrın 4-də səhər saatlarında Viskonsin ştatında sayılması üçün fərqli tarixlə nömrələnmiş 100 mindən çox blankın olduğunu bildirib. Bundan əlavə, məqalədə deyilir ki, Miçiqan və Pensilvaniyada respublikaçı Donald Trampın səsləri “Çatdırılmamış iş poçtu” etiketli qutulara yerləşdirildiyi halda, demokrat Cozef Baydenin bülletenləri vaxtında çatdırılıb.
Nəşr həmçinin səslərin sayılması ilə bağlı maşınların işində pozuntular olduğunu da yazıb.
Ölkənin ədliyyə naziri, baş prokuror Uilyam Barr çərşənbə axşamı “Associated Press”ə müsahibəsində rəhbərlik etdiyi qurumun və ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) səsvermənin nəticələrini dəyişdirə biləcək genişmiqyaslı saxtakarlıqları hələ müəyyən etmədiklərini söyləyib.