KİV: ABŞ COVID-19-un mənşəyi ilə bağlı araşdırmalara davam edir, Çin isə prosesə mane olur

KİV: ABŞ COVID-19-un mənşəyi ilə bağlı araşdırmalara davam edir, Çin isə prosesə mane olur ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi COVİD-19-un mənşəyi ilə bağlı araşdırmalar aparmağa davam edir.
Digər ölkələr
14 Sentyabr , 2023 17:04
KİV: ABŞ COVID-19-un mənşəyi ilə bağlı araşdırmalara davam edir, Çin isə prosesə mane olur

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyi ilə bağlı araşdırmalar aparmağa davam edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “ABC News” nəşri məlumat yayıb.

Qurumun sözçüsü Tammi Kupperman bildirib ki, araşdırmalarda ciddilik, dürüstlük və obyektivlik qorunur.

Nəşrin yazdığına görə, virusun mənşəyi barədə müxtəlif versiyalar var və hələ də yekdil qərar qəbul olunmayıb: “ABŞ kəşfiyyatı və beynəlxalq səhiyyə orqanları hələ də qəti nəticə əldə etməyib. Pekin COVID-in mənşəyi ilə bağlı araşdırmanı tənqid etməsə, daha qəti nəticələr əldə oluna bilər”.

Qeyd edək ki, COVID-19 2019-cu ildən etibarən dünyada sürətlə yayılmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi