KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər

KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər Pekin Amerika mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal edilən mallara rüsumlarını 104%-ə qaldıra bilər.
Digər ölkələr
7 aprel 2025 22:33
KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər

Pekin Amerika mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal edilən mallara rüsumlarını 104 %-ə qaldıra bilər.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu cür vəziyyət ABŞ prezidenti Donald Trampın Çinə qarşı tarifləri əlavə 50 % artırmaqla bağlı səsləndirdiyi sonuncu fikirlər real olacağı təqdirdə yaranacaq. Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ artıq Çin mallarına 54 faiz rüsum tətbiq edib.

Bundan əvvəl, Donald Tramp “Truth Social” hesabındakı paylaşımda Çinə sabahadək vaxt qoyub. Onun sözlərinə görə, rəsmi Pekin 8 aprel 2025-ci il tarixinə qədər 34 % tarif artımını geri götürməzsə, ABŞ Çinə 50 % əlavə rüsum tətbiq edəcək.

Son xəbərlər

Orphus sistemi