KİV: ABŞ administrasiyası Tramp üçün kəşfiyyat hesabatına çıxışı olan insanların sayını məhdudlaşdırıb

KİV: ABŞ administrasiyası Tramp üçün kəşfiyyat hesabatına çıxışı olan insanların sayını məhdudlaşdırıb ABŞ administrasiyası Prezident Donald Tramp üçün nəzərdə tutulan gündəlik kəşfiyyat hesabatına çıxışı olan insanların sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Digər ölkələr
10 aprel 2025 20:17
KİV: ABŞ administrasiyası Tramp üçün kəşfiyyat hesabatına çıxışı olan insanların sayını məhdudlaşdırıb
Donald Tramp

ABŞ administrasiyası Prezident Donald Tramp üçün nəzərdə tutulan gündəlik kəşfiyyat hesabatına çıxışı olan insanların sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, belə addım Trampın dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən nəzərdən keçirilib. Səbəb onun ilk prezidentlik müddətindəki (2017-2021) mənfi təcrübə olub. Belə ki, həmin zaman vaxtaşırı Amerika mediasına məxfi məlumatlar sızdırılıb.

Hesabata çıxışı olan şəxslərin siyahısını əvvəlcə Ağ Evin Əməkdaşlar Aparatının rəhbəri Syuzan Uayls müəyyənləşdirirdi, indi isə bu işə görə Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard məsuliyyət daşıyır.

Xatırladaq ki, mart ayında ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ABŞ administrasiyasının üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi “Signal” messencerindəki söhbətə “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqi əlavə etdikdən sonra böyük qalmaqal yaranmışdı. Demokratlar Partiyası “Signal” vasitəsilə məlumatların sızdırılmasını Respublikaçılar administrasiyasının böyük səhvi hesab edib. Konqresdə və ekspert icmasında Uolts və prezidentin komandasının bir sıra digər üzvlərinin işdən çıxarılmasına dair çağırışlar var.

Orphus sistemi