Kim Çen In KXDR-in nüvəsizləşdirilmə mümkünlüyü ilə bağlı suala cavab verməyib

Kim Çen In KXDR-in nüvəsizləşdirilmə mümkünlüyü ilə bağlı suala cavab verməyib Bakı. 12 iyun. REPORT.AZ/ KXDR lideri Kim Çen In jurnalistlərin ölkənin nüvəsizləşdirilmə mümkünlüyü ilə bağlı sualına cavab verməyib.
Digər ölkələr
12 İyun , 2018 07:54
Kim Çen In KXDR-in nüvəsizləşdirilmə mümkünlüyü ilə bağlı suala cavab verməyib

Bakı. 12 iyun. REPORT.AZ/ KXDR lideri Kim Çen In jurnalistlərin ölkənin nüvəsizləşdirilmə mümkünlüyü ilə bağlı sualına cavab verməyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin müxbirləri məlumat yayıb.

Kim Çen In və ABŞ prezidenti Donald Tramp "Capella" mehmanxanasında keçirdikləri təkbətək danışıqlardan sonra ikinci mərtəbənin eyvanına çıxıblar və oradan KİV nümayəndələrini salamlayıblar.

"Kimdən üç dəfə nüvə raketlərindən imtina edib-etməyəcəyini soruşdular, lakin cavab vermədi", — deyə müxbir bildirib.

Tramp öz növbəsində jurnalistlərə söyləyib ki, onun Şimali Koreya lideri ilə "çox, çox yaxşı, əla münasibətləri var".

Son xəbərlər

Orphus sistemi