Kim Çen Inı dövlət rəsmisi yox, başqa şəxs müşayiət etdi - FOTO

Kim Çen Inı dövlət rəsmisi yox, başqa şəxs müşayiət etdi - FOTO Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bir müddət ictimaiyyət qarşısında görünməyən qardaşını - dövlət başçısını müşayiət edib.
Digər ölkələr
2 May , 2020 06:54
Kim Çen Inı dövlət rəsmisi yox, başqa şəxs müşayiət etdi - FOTO

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bir müddət ictimaiyyət qarşısında görünməyən qardaşını - dövlət başçısını müşayiət edib.

"Report" un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAK) xəbər verib.

Bacısından başqa Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderini Pak Pon Dju, Koreya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Ce Rön və digər yüksək vəzifəli şəxslər müşayiət etdilər.

Kim Çen In və Kim Yo Çjon
Kim Çen In və Kim Yo Çjon

Eyni zamanda, Cənubi Koreyanın “Yonhap” agentliyi bildirib ki, KXDR-in ikinci ən vacib adamı Çxve Rön Xe tədbirdə iştirak etməyib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Sunçxondakı gübrə zavodunun açılış mərasimində iştirak edib. Bu, dövlət başçısının 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxmasıdır.

Son xəbərlər

Orphus sistemi