Kiçik Corc Buşun qızı ailə həyatı qurub

Kiçik Corc Buşun qızı ailə həyatı qurub Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti kiçik Corc Buşun qızı, 36 yaşlı Barbara Buş ailə həyatı qurub. Toy mərasimi Men ştatının Kennebankport qəsəbəsində baş tutub.
Digər ölkələr
9 Oktyabr , 2018 07:50
Kiçik Corc Buşun qızı ailə həyatı qurub

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti kiçik Corc Buşun qızı, 36 yaşlı Barbara Buş ailə həyatı qurub. Toy mərasimi Men ştatının Kennebankport qəsəbəsində baş tutub.

"Report" "New York Daily News"a istinadən xəbər verir ki, mərasimə cəmi 20 nəfər yaxın ən yaxın adamlar toplaşıb.

"Vera Wang"dan geyinən gəlini kilsəyə Ağ evin keçmiş rəhbəri özü gətirib.

Barbaranın həyat yoldaşı 37 yaşlı Kreyq Koyn olub. Onların ötən ilin noyabrında "gözübağlı görüş"də tanış olduqları, Koynın evlənmək təklifindən 5 həftə sonra isə ailə qurduqları bildirilir.

Nişan mərasimi 1943-c ildə kiçik Corc Buşun valideynlərinin nikaha daxil olduğu yerdə baş tutub.

Son xəbərlər

Orphus sistemi