KİV: Tramp Venesuelaya hücum etmək təklifi verib

KİV: Tramp Venesuelaya hücum etmək təklifi verib Bakı. 4 iyul. REPORT.AZ / ABŞ Prezidenti Donald Tramp Venesuelaya hücum etmək təklifi verib.
Digər ölkələr
4 İyul , 2018 12:40
KİV: Tramp Venesuelaya hücum etmək təklifi verib
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ / ABŞ Prezidenti Donald Tramp Venesuelaya hücum etmək təklifi verib.

"Report"un məlumatına görə, bu barədə Associated Press Amerika məmuruna istinadən yazır.

Onun sözlərinə görə, bu təklifi ABŞ lideri 2017-ci ilin avqust ayında Venesuelaya qarşı sanksiyaların müzakirəsi zamanı bildirib.

D.Tramp köməkçilərindən soruşub: "Regional təhlükəsizlik üçün təhdid olan və sürətlə dağılan Venesuela tam nəzarətə götürüldükdən sonra niyə ABŞ problemli ölkəyə girə bilməsin?!"  

Bildirilir ki, ABŞ prezidentinin sualı onun milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster və ABŞ dövlət katibi Reks Tillersonu şoka salıb.

Onlar hərbi əməliyyatların mümkün mənfi nəticələri barədə Trampı xəbərdarlıq ediblər. 

Donald Tramp Venesuelaya qarşı "hərbi variant"ı sonralar Kolumbiya prezidenti, həmçinin BMT Baş Assambleyasının kuluarlarında müzakirə edib.

Son xəbərlər

Orphus sistemi