KİV: Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir

KİV: Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir ABŞ Prezidenti Donald Tramp müdafiə sahəsindəki amerikalı səlahiyyətlilərə Venesueladan dəniz yolu ilə mal dövriyyəsinin həyata keçirilməsinə mane olmağı təklif edib.
Digər ölkələr
19 Avqust , 2019 10:28
KİV: Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir

ABŞ Prezidenti Donald Tramp müdafiə sahəsindəki amerikalı səlahiyyətlilərə Venesueladan dəniz yolu ilə mal dövriyyəsinin həyata keçirilməsinə mane olmağı təklif edib.

"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri sabiq və hazırda vəzifədə olan 5 məmura istinadən yazıb.

Məlumata görə, Tramp Bolivar Respublikasının sahilləri boyunca gəmilərin yerləşdirilməsini və bununla da Venesuelanın dənizdən mühasirəyə alınmasını təklif edib.

Mənbələr Trampın fikrini, təxminən, bir il yarım müddətində həyata keçirmək istədiyini qeyd edir.

Ancaq bu ideya Pentaqonda elə də ciddi qarşılanmayıb.

Son xəbərlər

Orphus sistemi