KİV: Tramp yayın sonuna qədər ticarət nazirini işdən çıxarmaq niyyətindədir

KİV: Tramp yayın sonuna qədər ticarət nazirini işdən çıxarmaq niyyətindədir ABŞ prezidenti Donald Tramp ticarət naziri Vilbur Rossu yaxın vaxtlarda, ola bilsin, yayın sonuna qədər işdən çıxarmaq imkanını nəzərdən keçirir.
Digər ölkələr
15 İyul , 2019 16:48
KİV: Tramp yayın sonuna qədər ticarət nazirini işdən çıxarmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp ticarət naziri Vilbur Rossu yaxın vaxtlarda, ola bilsin, yayın sonuna qədər işdən çıxarmaq imkanını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı qaynaqlarına istinad edərək məlumat verib.

Bildirilib ki, D.Tramp Rossun Ticarət Nazirliyinin struktur bölgüsü olan Əhalinin Siyahıyaalma Bürosunu necə idarə etməsindən narazıdır.

Qeyd olunur ki, Ağ Evin rəhbəri daha əvvəl də Çinlə ticarət müzakirələri zamanı lazımi sərtliyi göstərə bilmədiyinə görə 81 yaşlı nazirin işindən narazılığını bildirib. 

Son xəbərlər

Orphus sistemi