KİV: Səmərqənddə Özbəkistan prezidentinin dəfninə hazırlıq işləri görülür

KİV: Səmərqənddə Özbəkistan prezidentinin dəfninə hazırlıq işləri görülür İslam Kərimovun vəfat etməsi sentyabrın 2-də elan olunacaq
Digər ölkələr
2 Sentyabr , 2016 01:27
KİV: Səmərqənddə Özbəkistan prezidentinin dəfninə hazırlıq işləri görülür

Bakı. 02 sentyabr. REPORT.AZ/ Özbəkistanda ölkə prezidenti İslam Kərimovun dəfninə hazırlıq işləri gedir.

"Report" xəbər verir ki, bu barədə yerli "Fergananews" informasiya agentliyi məlumat yayıb.

Sözügedən sayt bundan əvvəl prezidentin ölüm xəbərini yaymışdı.

Saytın mənbəsinin verdiyi xəbərə görə, Səmərqənd şəhərində özbək liderinin dəfninə hazırlıq görülür. Prezidentin vəfat etməsi sentyabrın 2-də elan olunacaq, dəfn mərasimi isə ayın 3-də keçiriləcək.

"Azadlıq" radiostansiyası ölkənin baş naziri Şövkət Mirziyayevin artıq Səmərqəndə getdiyini xəbər verib.

Rəsmi Daşkənd dövlət başçısının öldüyünə dair xəbəri təkzib edir. Həmçinin dünya liderləri bu yaxınlarda Özbəkistanın Müstəqillik Günü münasibəti ilə İslam Kərimovu təbrik ediblər.

Son xəbərlər

Orphus sistemi