Yuxarı

KİV: Savçenko ilə rusiyalı hərbçilərin mübadiləsi barədə razılıq "Normand dördlüyü"nün danışıqları zamanı əldə olunub

Danışıqlarda Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri iştirak ediblər

Bakı. 25 may. REPORT.AZ/ Ukraynalı xanım pilot Nadejda Savçenkonun rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadiləsi barədə razılıq "Normand dördlüyü" formatında dünən gecə baş tutan telefon danışıqları zamanı əldə edilib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, danışıqlarda Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri iştirak ediblər.

Qeyd edək ki, mübadilə barədə bu gün məlumat yayılıb. Göyərtəsində Nadejda Savçenko olan təyyarə Rostov-Dondan Kiyevə, rusiyalı hərbçilər olan hava gəmisi isə Kiyevdən Moskvaya uçub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi