KİV: Sankt-Peterburq metrosunda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib

KİV: Sankt-Peterburq metrosunda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib Akbarjon Cəlilovun Suriyaya səfər edib-etməməsi araşdırılır
Digər ölkələr
6 Aprel , 2017 16:11
KİV: Sankt-Peterburq metrosunda terror aktı törədən şəxs İŞİD tərkibində təlim keçib

Bakı. 6 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosunda qatarı partladan və "Dirçəliş meydanı" stansiyasında bomba yerləşdirən şəxs İŞİD terror qruplaşmasında təlim keçib.

"Report" "fontanka.ru" portalına istinadən xəbər verir ki, partlayıcı qurğunun komponentləri də bunu göstərir. Belə ki, kriminalistlər qatarda partlayıcı qurğunun komponentləri arasında yandırılmış şəkər aşkarlayıb. Ekspertlər bu "nou-hau"nun vətəninin Suriya olduğunu hesab edirlər.

Federal Təhlükəsizlik Xidməti əməkdaşları aparılan əməliyyat tədbirləri nəticəsində A.Cəlilovun Rusiyaya Türkiyədən keçdiyini müəyyənləşdirib. Hazırda onun Suriyaya səfər edib-etməməsi araşdırılır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində 11 nəfər həlak olub, daha 3 nəfər xəstəxanada keçinib. Təqribən 50 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi