Yuxarı

​KİV: Parisdə polisin və həyat yoldaşının qətlinin məsuliyyətini İŞİD üzərinə götürüb

Qətldə şübhəli bilinən şəxs 2013-cü ildə daha 7 nəfərlə birlikdə 3 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Parisin şimal-qərbində yerləşən Mananviledə polis əməkdaşı və xanımının qətlinin məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

İnformasiyaya əsasən, qətldə şübhəli bilinən 25 yaşlı Lyarossi Aballa terror aktlarının törədilməsinə hazırlıqda iştirakına görə 2013-cü ildə daha 7 nəfərlə birlikdə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən gecə naməlum şəxs polis əməkdaşını evi qarşısında bıçaqla öldürdükdən sonra içəri daxil olub və onun xanımını da qətlə yetirib. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən şəxs zərərsizləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi