KİV: İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır

KİV: İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır Hərbi missiyaya Aralıq dənizindəki patrul gəmiləri və "Tornado" qırıcıları daxildir
Digər ölkələr
26 Fevral , 2016 15:27
KİV: İtaliya Liviyada hərbi əməliyyata hazırlaşır

Bakı. 26 fevral. REPORT.AZ/ İtaliya İŞİD terror təşkilatı ilə mübarizəni gücləndirmək üçün Liviyada xüsusi hərbi əməliyyat hazırlayır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Məlumata görə, Aralıq dənizində patrul gəmilərinin və Siciliya adasındakı Trapani avibazasından hər an havaya qalxmağa hazır "Tornado" qırıcılarının olmasını nəzərdə tutuan hərbi missiya Liviya hakimiyyəti tərəfindən belə bir istək rəsmən elan edildikdən dərhal sonra başlayacaq.

Qeyd edək ki, İtaliya həmişə Liviyada təhlükəsizliyin nizamlanmasında və təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bəyan edib. Ancaq indiyə qədər hərbi müdaxilə barədə təkliflər istisna edilirdi, üstəlik, müdafiə naziri Roberta Pinotti bunu yolverilməz hesab etdiyini bildirmişdi. Bununla belə, dünən gecə efirə gedən "Virus" verilişində xanım nazir artıq gəmilərin Siciliya boğazında, "Tornado"nun isə Trapani bazasında hazır vəziyyətdə olduğunu vurğulayıb.

"Bizim xüsusi təyinatlılarımız lazım gələrsə, hərəkətə keçmək üçün kifayət qədər hazırlıqlıdır", - deyə nazir bildirib. Onun sözlərinə görə, Liviyada 8 minə qədər İŞİD yaraqlısı döyüşür.

Son xəbərlər

Orphus sistemi