Yuxarı

KİV: İŞİD Suriyadan kənardakı neft yataqlarını ələ keçirmək istəyir

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İŞİD neft satışından ayda 40-50 milyon dollar qazanır

Bakı. 16 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Suriyadan kənardakı, o cümlədən Liviyadakı və Misirin Sinay yarımadasındakı neft yataqlarına nəzarəti ələ keçirmək istəyir. "Report" xəbər verir ki, bu barədə "Reuters"ə yüksək vəzifəli ABŞ rəsmisi məlumat verib.

"Onlar Liviya və digər ölkələrdəki neft yataqlarını nəzərdən keçirir. Amma biz hazır olacağıq. ABŞ terrorçuların əlinə düşə biləcək yataqlara, nəqliyyat marşrutlarına və boru kəmərlərinə kimin nəzarət etdiyini diqqətlə izləyir", - mənbə bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İŞİD neft satışından ayda 40-50 milyon, il ərzində isə təxminən 500 milyon dollar qazanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi