Bakı. 20 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşması ("İraq-Şam İslam Dövləti") "Cihadi Con" ləqəbli yaraqlı Məhəmməd Emvazinin öldüyünə dair məlumatları təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" agentliyi məlumat yayıb.
2015-ci ilin noyabrında BBC teleşirkəti xəbər verib ki, Suriyanın Rəqqa şəhəri ərazisində "çox böyük ehtimalla" ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində girovların qətlində iştirak edən Emvazi öldürülüb.
Emvazi girovların sorğulanması, onlara işgəncə verilməsi və onların qətlə yetirilməsində iştirak edən ən amansız terrorçulardan biri kimi xarakterizə olunurdu.