Yuxarı
    Bağlamaq

    ​KİV: Əsəd rejimindən icazəsiz Suriyanın hava məkanına daxil olan təyyarələr vurulacaq

    İran İnqilab Keşikçiləri Qvardiyasının 4 min hərbçisi Suriyaya göndərilib

    Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiya Suriyada "S-300" zenit-raket kompleksi quraşdırdıqdan sonar Bəşşar Əsəd rejimi ilə əlaqələndirilmədən Suriyanın hava məkanına icazəsiz daxil olan təyyarələr vurulacaq. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Küveytin "Er-Rai" media qurumu məlumat yayıb.

    Məlumata görə, Moskva, Tehran və Bəşşar Əsəd rejimi Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsinə qarşılıq verməyə hazırlaşır.

    Mütəxəssislər "Dəməşqin icazəsi olmadan Suriyanın hava sərhədini keçən təyyarənin vurulması" planının İŞİD-ə qarşı mübarizə aparan koalisya qüvvələrinin hava əməliyyatına da mane olacağını ehtimal edir.

    Xəbərdə bildirilib ki, İran İnqilab Keşikçiləri Qvardiyasının 4 min hərbçisi Suriyaya göndərilib. Suriyanın Rakka bölgəsində keçiriləcək hava əməliyyatına iranlı qvardiyaçılar qurudan dəstək verəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi