"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdəki mənbənin məlumatında bildirilir.
"O tibbi yardım göstərilməsi üçün Qrenoblun ümumşəhər klinikasına yerləşdirilib", - deyə mənbə qeyd edib.
77 yaşlı Əlcəzair prezidentinin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır.
1999-cu ildən prezident postunu tutan Buteflika ötən il mini iflic keçirdərək Paris xəstəxanalarından birinə yerləşdirilmişdi.