KİV: Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir

KİV: Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir Biznesmen Stiven Mnuçin D.Trampın müşaviri olub və onun seçki kampaniyasının maliyyə şöbəsinin rəhbəri vəzifəsini tutub
Digər ölkələr
30 Noyabr , 2016 12:04
KİV: Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Stiven Mnuçini maliyyə naziri təyin etmək niyyətindədir.

Bu barədə "Report" "The New York Times"a istinadən xəbər verir.

D.Trampın komandasındakı mənbənin məlumatına görə, təyinatın rəsmi elan edilməsi qarşıdakı günlərdə baş verə bilər.

S.Mnuçin D.Trampın müşaviri olub və onun seçki kampaniyasının maliyyə şöbəsinin rəhbəri vəzifəsini tutub, seçki kassasına vəsaitlərin toplanmasına cavabdeh olub. Amerikalı sahibkar seçkilərə qədər ABŞ-ın "Goldman Sachs" bankının əsas tərəfdaşı olub.

Son xəbərlər

Orphus sistemi