KİV: Donald Tramp NATO üzvlüyündən çıxmağı düşünürmüş

KİV: Donald Tramp NATO üzvlüyündən çıxmağı düşünürmüş Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp NATO üzvlüyünü tərk etmək fikrinə düşübmüş.
Digər ölkələr
15 Yanvar , 2019 13:55
KİV: Donald Tramp NATO üzvlüyündən çıxmağı düşünürmüş

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp NATO üzvlüyünü tərk etmək fikrinə düşübmüş.

“Report” “The New York Times”ə istinadən xəbər verir ki, Prezident Administrasiyasındakı mənbələrə görə, 2018-ci ildə dövlət başçısı şəxsi söhbətlər zamanı bir neçə dəfə belə bir istəyinin olduğunu bildirib. Hərçənd mənbələr hərbi büdcəyə dair avropalı müttəfiqləri ilə fikir ayrılığı üzündən D.Trampın həqiqətən də belə bir addım atacağından çəkindiklərini dilə gətiriblər.

Məsələn, 2018-ci ilin yayında keçirilən NATO zirvə görüşü zamanı ABŞ Prezidenti milli təhlükəsizlik ekspertlərinə bu təşkilatı mənasız hesab etdiyini açıq bildirərək, NATO üzvlüyündən çıxmağı təklif edib. Aralarında müdafiə naziri Ceyms Mattis və hazırkı milli təhlükəsizlik müşaviri Con Boltonun da olduğu həmin rəsmi şəxslər isə dövlət başçısının belə fikirlərinə çox baş qoşmayaraq əvvəlki hərbi strategiya xəttini davam etdirməyə çalışıblar.

Bundan əvvəl D.Tramp ABŞ-ın NATO-ya başqa üzv ölkələrdən xeyli çox vəsait xərclədiyini və bunun “ədalətsizlik” olduğunu dilə gətirmişdi.

Son xəbərlər

Orphus sistemi