Yuxarı

​KİV: Çin də Suriyadakı savaşa qatılmağa hazırlaşır

Milliyet: Çinin J-15 döyüş təyyarələri də bombardmanlarda iştirak edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Çinin Hərbi Hava Qüvvələri Rusiyaya dəstək vermək üçün Suriyadakı əməliyyatlarda iştirak etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu haqda Türkiyədə çıxan "Milliyet" qəzeti məlumat yayıb.

"Suriyada İŞİD-i vurmaq adı altında keçirilən əməliyyat türkmənlərə, Suriya Azadlıq Ordusu və mülki əhaliyə qarşı yönəlib. Çin bu əməliyyatı aparan Rusiyanın yanında olacaq. Çinin "J-15" döyüş təyyarələri də bombardmanlara qatılacaq", - qəzet yazır.

Məlumata görə, həmin qırıcılar "Liaoning" təyyarə daşıyan gəmisindən uçaraq, Rusiyanın hava həmlələrinə dəstək verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi