KİV: Cənubi Koreya ABŞ-dan təlimləri Olimpiada ilə əlaqədar təxirə salmağı xahiş edib

KİV: Cənubi Koreya ABŞ-dan təlimləri Olimpiada ilə əlaqədar təxirə salmağı xahiş edib Bakı. 12 dekabr. REPORT.AZ/ Cənubi Koreya ABŞ-a müraciət edərək Qış Olimpiya Oyunlarının keçirildiyi dövrdə KXDR tərəfdən mümkün təxribatçı hərəkətlərin olma ehtimalını azaltmaq üçün hərbi təlimləri təxirə salmağı xahiş edib.
Digər ölkələr
12 Dekabr , 2017 11:36
KİV: Cənubi Koreya ABŞ-dan təlimləri Olimpiada ilə əlaqədar təxirə salmağı xahiş edib
DVIDS

Bakı. 12 dekabr. REPORT.AZ/ Cənubi Koreya ABŞ-a müraciət edərək Qış Olimpiya Oyunlarının keçirildiyi dövrdə KXDR tərəfdən mümkün təxribatçı hərəkətlərin olma ehtimalını azaltmaq üçün hərbi təlimləri təxirə salmağı xahiş edib.

"Report" "Financial Times" qəzetinə istinadən xəbər verir ki, mənbələr söhbətin illik "Foal Eagle" və fevral-aprel aylarında keçirilən "Key Resolve" təlimlərindən getdiyini bildirir.

Seul təlimlərin martın 9-18-də keçiriləcək Paralimpiya Oyunlarından sonraya təxirə salınmasını istəyir. Mənbələrin bildirdiyinə görə, ABŞ, çox güman, təklifi qəbul edəcək.

Cənubi Koreyanın Müdafiə Nazirliyi hələlik qərarın qəbul edilmədiyini söyləyib. ABŞ-ın Sakit Okean Donanması komandanlığının nümayəndəsi Devid Benhem Seul və Vaşinqtonun təlimlər mövzusunda gələcək addımları müzakirə etdiklərin bildirib.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi