KİV: Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etməyəcək

KİV: Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etməyəcək İsrailin baş naziri Benyamin Netanyahu siyasi səbəblərdən BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək.
Digər ölkələr
18 Sentyabr , 2019 20:46
KİV: Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etməyəcək

İsrailin baş naziri Benyamin Netanyahu siyasi səbəblərdən BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətindəki mənbə bildirib.

Xatırladaq ki, bu gün İsraildə parlament seçkiləri keçirilib. Bülletenlərin 90 faizi sayıldıqdan sonra Mərkəzi Seçki Komissiyası müxalifətdəki "Kahol Lavan" blokunun səslərin 26,5 faizini qazanaraq 120 yerlik parlamentdə (Knesset) 32 mandata, hazırkı iqtidar Likud Partiyasının isə 25,8 faiz səslə 31 mandata iddia etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi