Yuxarı
    Bağlamaq

    KİV: Angela Merkel Böyük Britaniya kəşfiyyatına Vladimir Putin haqqında dosye verib

    Almaniya kansleri xüsusi xidmət orqanlarının rəhbərlərinə səfəri barədə rəsmi məlumat verməyib© Reuters

    Bakı. 17 aprel. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Britaniya kəşfiyyatına Rusiya Prezidenti Vladimir Putin haqqında dosye verib.

    "Report" xəbər verir ki, bu barədə "Focus" nəşr yazıb.

    Jurnal Almaniyanın xüsusi xidmət orqanlarındakı mənbəyinə istinadən məlumat yayıb ki, 2015-ci ilin oktyabr ayında Angela Merkel Böyük Britaniyanın Baş naziri Devid Kemeronun şəhər kənarındakı rəsmi iqamətgahını ziyarət edib. Orada kansler Böyük Britaniya kəşfiyyat və əks-kəşfiyyatının, MI6 və MI5-in rəhbərləri - Aleks Ynager və Endryu Parker ilə görüşüb. Söhbət zamanı onlar Angela Merkelə Almaniyada mümkün terror hücumları barədə xəbərdar ediblər. O isə öz növbəsində, britaniyalılara Rusiya Prezidenti Vladimir Putin haqqında dosye və Krımdakı vəziyyətlə bağlı analitik material verib.

    Nəşrin məlumatına görə, A.Merkel Almaniya xüsusi xidmət orqanlarının rəhbərlərinə səfəri barədə rəsmi məlumat verməyib və bu məqam Almaniyanın Federal Kəşfiyyat Xidməti və Federal Konstitusiyanı Mühafizə Xidmətinin əməkdaşları arasında narazılığa səbəb olub.

    Qeyd edək ki, bu il mayın 2-də Angela Merkelin Moskvaya səfər edəcəyi gözlənilir. Səfər proqramına Prezident Vladimir Putin ilə görüş də daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi