KİV: Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib

KİV: Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.
Digər ölkələr
7 Noyabr , 2019 00:18
KİV: Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib.

Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. "Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb", - NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis "Twitter"dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

"Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər", - deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir. 

Son xəbərlər

Orphus sistemi