KİV: “Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır”

KİV: “Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır” “Politico”: “Tramp administrasiyası Çini cəzalandırmaq üçün ona qarşı bir sıra iqtisadi tədbirlər tətbiq etməyi planlaşdırır”
Digər ölkələr
31 İyul , 2017 12:31
KİV: “Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır”
Report.az

Bakı. 31 iyul. REPORT.AZ/ Ağ evdə Çinə qarşı sanksiyalar hazırlanır.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Ağ evdəki müşavirləri Çinə münasibətdə məhdudlaşdırıcı tədbirlər hazırlayırlar.

“Tramp administrasiyasının yüksək vəzifəli məmurları Çini cəzalandırmaq üçün ona qarşı bir sıra iqtisadi tədbirlər tətbiq etməyi planlaşdırırlar”, - qəzet yazıb.

Qəzetin yazdığına görə, bir neçə tədbir variantı mövcuddur. Ancaq prezidentin onları təsdiqləyəcəyini söyləmək hələ tezdir. 

Son xəbərlər

Orphus sistemi