Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatında atışma olub.
"Report" xəbər verir ki, bu barədə WHDH telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Əraziyə polis əməkdaşları gəlib. Hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqata başlayıb.
Ölən və yaralananların sayı hələ dəqiqləşməyib.