KİV: ABŞ-ın dövlət katibi üçün Bonn hotellərində yer tapılmayıb

KİV: ABŞ-ın dövlət katibi üçün Bonn hotellərində yer tapılmayıb G-20 XİN başçılarının ikigünlük görüşü üçün Almaniyaya gələn Reks Tillerson boş yer olmadığı üçün hoteldə qala bilməyib
Digər ölkələr
17 Fevral , 2017 10:57
KİV: ABŞ-ın dövlət katibi üçün Bonn hotellərində yer tapılmayıb

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ dövlət katibi Reks Tillerson G-20 (Böyük iyirmilik) xarici işlər nazirlərinin ikigünlük görüşü üçün Bonna gələrkən xoşagəlməz halla rastlaşıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hoteldə boş yer olmadığı üçün o, planlaşdırılan məkanda qala bilməyib.

Şəhərin digər hotellərində də boş nömrə olmadığından tədbir təşkilatçıları diplomatı Bonndan 30 dəqiqəlik məsafədə yerləşən məkanda olan sanatoriyada yerləşdirmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi