KİV: ABŞ İŞİD-lə mübarizə üçün B-52 bombardmançılarını İraqa göndərir

KİV: ABŞ İŞİD-lə mübarizə üçün B-52 bombardmançılarını İraqa göndərir Təyyarələr apreldə bombardmana başlayacaq
Digər ölkələr
5 Mart , 2016 11:43
KİV: ABŞ İŞİD-lə mübarizə üçün B-52 bombardmançılarını İraqa göndərir

Bakı. 5 mart. REPORT.AZ/ ABŞ İŞİD terror qruplaşmasıyla mübarizə üçün nüvə zərbələri endirmək iqtidarında olan B-52 bombardmançılarını İraqa göndərir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarələr apreldə bombardmana başlayacaq.

Təyyarələrin və şəxsi heyətin sayı barədə informasiya verilmir. Bombardmançılar hazırda İraq və Suriyada İŞİD mövqelərini bombalayan B-1 təyyarələrini əvəz edəcək.

Son xəbərlər

Orphus sistemi