KİV: ABŞ Avropadakı kontingentini gücləndirmək üçün 3,4 milyard dollar ayırır

KİV: ABŞ Avropadakı kontingentini gücləndirmək üçün 3,4 milyard dollar ayırır Macarıstan, Rumıniya və Baltikyanı ölkələrdə əlavə canlı qüvvə və avadanlıq yerləşdirilməsi planlaşdırılır
Digər ölkələr
2 Fevral , 2016 11:42
KİV: ABŞ Avropadakı kontingentini gücləndirmək üçün 3,4 milyard dollar ayırır

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ hökuməti Avropadakı kontingentini gücləndirmək üçün 3,4 milyard dollar ayırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin administrasiyasındakı mənbəsinə istinadən "The New York Times" məlumat verib.

Silah və avadanlıqlar ABŞ hərbçiləri və NATO-nun Avropadakı qüvvələri tərəfindən istifadə olunacaq. Mənbə bildirib ki, regionda NATO qüvvələrinin artırılması Rusiya prezidenti Vladimir Putinə siqnal göndərmək üçün hesablanmış addımdır. Barak Obama administrasiyasından olan həmsöhbət bu addımın Avropada təhlükəsizlik mühitinin dəyişməsinə uzunmüddətli reaksiya olduğunu da qeyd edib.

Onun sözlərinə görə, Macarıstan, Rumıniya və Baltikyanı ölkələrdə əlavə canlı qüvvə və avadanlıq yerləşdirilməsi planlaşdırılır.

Administrasiya nümayəndəsi "The New York Times"a açıqlamasında onu da vurğulayıb ki, yeni investisiyalar yalnız Rusiya qarşısının alınmasına yönəlməyib. Bundan, həmçinin NATO-nun cənub sərhədi boyunca, o cümlədən İŞİD terror qruplaşması ilə və Suriyadan gələn miqrant axını ilə mübarizədə istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi