Keyptaun hava limanında baş verən atışmada 2 nəfər xəsarət alıb

Keyptaun hava limanında baş verən atışmada 2 nəfər xəsarət alıb Avtomobilin sərnişinləri aeroport binası yaxınlığındakı başqa bir nəqliyyat vasitəsinə atəş açıblar
Digər ölkələr
18 Oktyabr , 2017 12:39
Keyptaun hava limanında baş verən atışmada 2 nəfər xəsarət alıb
Fotolia

Bakı. 18 oktyabr. REPORT.AZ/ Cənubi Afrikanın ən böyük şəhərlərindən olan Keyptaunun Beynəlxalq Hava Limanında atışma nəticəsində 2 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi Viş Naydu məlumat verib.

Şahidlərin sözlərinə görə, bu gün səhər saatlarında hava limanı binası yaxınlığına iki avtomobil gəlib. Avtomobillərdən birinin sərnişinləri digər nəqliyyat vasitəsinə atəş açıblar. Hadisə nəticəsində 2 nəfər yaralanıb, onlara lazımi tibbi yardım göstərilib.

Hava limanının iş rejimi pozulmayıb.

Son xəbərlər

Orphus sistemi