Kəskin hava şəraiti Əfqanıstanda 37 nəfərin ölümünə səbəb olub

Kəskin hava şəraiti Əfqanıstanda 37 nəfərin ölümünə səbəb olub Güclü qar səbəbindən Hindquş dağlarındakı Salanq tuneli bağlanıb
Digər ölkələr
5 Fevral , 2017 14:34
Kəskin hava şəraiti Əfqanıstanda 37 nəfərin ölümünə səbəb olub

Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanda kəskin hava şəraiti onlarla insanın ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəhbəri Səid Abdulla Hamayun məlumat verib.

Onun sözlərinə görə, ölkənin Badahşan, Bamian, Pərvan və Herat bölgələrində əlverişsiz hava şəraiti, qar uçqunları nəticəsində 37 nəfər ölüb.

Güclü qar səbəbindən Hindquş dağlarındakı strateji keçid – ölkənin şimal vilayətlərini əlaqələndirən Salanq tuneli də bağlanıb. 

Bununla yanaşı, beynəlxalq Kabil aeroportunun da reysləri təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi