Yuxarı

​Kerri və Zərif BMT Baş Assambleyası çərçivəsində Suriyadakı vəziyyəti müzakirə edəcəklər

ABŞ rəhbərliyi Suriyadakı vəziyyətə dair İranla dialoqa başlamağa hazırdır

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri BMT Baş Assambleyası çərçivəsində şənbə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

"Report" "RİANovosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Uendi Şerman bildirib.

Şermanın sözlərinə görə, ABŞ rəhbərliyi Suriyada vəziyyətə dair İranla dialoqa başlamağa hazırdır. Dialoqa başlamaq şansı artıq bu şənbə günü Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ dövlət katibinin iranlı həmkarı ilə görüşü zamanı əldə olunacaq. Dövlət departamenti bildirib ki, belə danışıqlar xüsusilə hazırda Suriyadakı mövcud vəziyyətlə bağlı çox əhəmiyyətlidir.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi