Bakı. 26 Fevral. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri ilə Rusiya Xarici işlər naziri Sergey Lavrovun növbəti görüşü Martın 1-də İsveçrədə baş tutacaq.
"Report" xəbər verir ki, bu məlumatı "Kommersant" gəzetinə diplomatik mənbələr ötürüb.
Mənbə bildirir ki, Kerri-Lavrov görüşü BMT Insan Haqları Şurasının 28-ci sessiyası çərçivəsində baş tutacaq, danışıqlarının əsas müzakirə mövzusu isə, şübhəsiz ki, Ukrayna münaqişənin nizamlanması olacaq.
"Danışıqların çox çətin olacağı artıq indidən məlumdur. Tərəflər müsbət nəticəyə gəlməsə Rusiyanı yeni sanksiyalar dalğası gözləyir", - deyə "Kommersant" yazır.