Yuxarı

​Kerri: "Hələb xəstəxanası müxalifətin nəzarətində olan ərazidən atəşə tutulub"

Mülki şəxslərə yönəlmiş bu dəhşətli zorakılığa bəraət yoxdur

Bakı. 3 May. REPORT.AZ/ Bu gün Hələbdəki xəstəxana müxalifətin nəzarəti altında olan ərazilərdən raket atəşinə tutulub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri jurnalistlərə açıqlamasında bildirib.

"Hələb ətrafında olan rayonlar — İdlib, Latakiya, daha çox zorakılıq ilə üzləşiv...bura əl-Dabid xəstəxanasına bugünkü hücum da daxildir", — deyə Kerri vurğulayıb.

"Xəstəxanaya bugünkü hücum — bu, güman ki, müxalifətin tutduğu rayonlardan atılan raketlərdir və biz bunun onlardan (müxalifət qüvvələri) məhz hansının olduğunu dəqiqliyi ilə aydınlaşdırmağa çalışırıq. Mülki şəxslərə, tibbi obyektlərə və ya "təcili yardım"a yönəlmiş bu dəhşətli zorakılığa, bunu kimin törətməsindən asılı olmayaraq bəraət yoxdur", — deyə Kerri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi