Kerri: "ABŞ Suriyaya yardım üçün əlavə 925 milyon dollar ayıracaq"

Kerri: "ABŞ Suriyaya yardım üçün əlavə 925 milyon dollar ayıracaq" "Bu günə qədər ABŞ suriyalı qaçqınlara yardım üçün 4,5 milyard dollar vəsait xərcləyib"
Digər ölkələr
4 Fevral , 2016 18:30
Kerri: ABŞ Suriyaya yardım üçün əlavə 925 milyon dollar ayıracaq

Bakı. 4 fevral. REPORT.AZ/ "ABŞ Suriyaya yardım üçün əlavə 925 milyon dollar ayıracaq".

"Report" xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Con Kerri Londonda Suriya üzrə "Suriya və regiona dəstək" adlı donor konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məbləğin 600 milyonu birbaşa humanitar yardım formasında, 325 milyon avro isə inkişafa, o cümlədən gənc suriyalıların İordaniya və Livanda təhsil almasına sərf olunacaq.

"Bu günə qədər ABŞ Suriya daxilində suriyalı qaçqınlara və məcburi köçkünlərə yardım üçün 4,5 milyard dollar vəsait xərcləyib. Mən fəxr edirəm ki, biz bununla dünyada ayrı-ayrı ölkələr üzrə ən böyük donor olmuşuq", - deyə Con Kerri bildirib.

Son xəbərlər

Orphus sistemi